"Qarabağ" xal gətirdi

"Qarabağ" xal gətirdi

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

mediasport.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə bərabərə qalıb - 1:1.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan heç-heçə sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə mövqeyini möhkənləndirib. Bir pillə irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.