Yığmamız qalib gəlib
Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Bakıda İordaniya yığması ilə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, matç Mərdəkandakı "Dalğa Arena"da keçirilib.
Canni De Byazinin baş məşqçisi olduğu komandamız bu ölkə seçməsi ilə indiyədək iki dəfə üz-üzə gəlmişdi.
2004-cü ildə qalib müəyyənləşməyibsə (1:1), 2010-cu ildə sevinən tərəf futbolçularımız olublar - 2:0.
Ərəblərlə 3-cü duelimiz yığmamızın qələbəsilə yekunlaşıb.
Beynəlxalq yoldaşlı oyunu
Azərbaycan - İordaniya 2:1
Qollar: Emin Mahmudov, 45+1-pen., Renat Dadaşov, 79 - Nizar əl Rəşdan, 57.
Baş hakim: Arda Kardeşler
Yan xətt hakimləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan
Dördüncü hakim: Tural Qurbanov.
Bakı, "Dalğa Arena".
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.
İordaniya: Yezid Əbu Layla, Mustafa Eyd, Yazan əl-Ərəb, Abdulla Nəsib, İhsan Həddad, Nizar Əl Rəşdan, Rəqayi Ayed, Musa Həmmad, Əli Olvan, Mahmud Almərdi, Həmzə əl-Dardur.