Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənclər festivalı" keçirildi

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənclər festivalı" keçirildi

Sumqayıt şəhərində yerləşən Muğam mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənclər festivalı" keçirilib.

mediasport.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ulu Öndərin Azərbaycan idmanı və gəncləri üçün gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.

"Brendsport.az" saytının baş redaktoru, təşkilatçı-ssenarist Bəhruz Səmədov Ümummilli Liderin dövlət və dövlətçiliyə xidmətindən danışıb. Tədbirdə Şəhid anaları və ailələri, Şəhid Qoşqar Hüseynovun anası Pəri Hüseynova, Şəhid Baş leytenant Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva, Şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə, Şəhid Mahir Xələflinin anası Şəlalə Xələfli, Şəhid Tərlan Səlimovun anası Simnarə Səlimova, Sumqayıt şəhər icra nümayəndəliyinin əməkdaşı Tərlan Hacızadə, Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının prezdenti, İspaniyada fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri Fərid Mustafayev, “Platinum Estetik” mərkəzinin rəhbəri İradə Bədəlova və.s. tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Daha sonra səhnəyə daun və autizmli uşaqların idman və milli geyimləri nümayiş edilib, autizim sindromlu musiqiçi Ayxan Quluzadənın çıxışı olub.

F.Əmirov adina U.M.M.-nin kiçik xor kollektivi, “Zəfər sədası” mahnisi ilə xormeystr Səriyyə Əliyulmusəvi, "Şəfəq "xor kollektivi, Xormeystr respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilova və “Ağlayan buz” musiqisi ilə tarda Elnur Əliyev, darbukada Rövşən Cabbar, ravdramda Hüseyn Cabbar, şeykərdə Həsən Cabbar maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Musiqiçlərin çıxşından sonra yeniyetmə və gənc aktyorlar qardaş Türkiyədə bu ilin əvvəlində baş vermiş zəlzələ ilə bağlı səhnəciklə çıxış ediblər, səhnədə işarət dili ilə “Xudayar” təsnifi təqdim olunub. “Narkomaniyaya və xanım şiddətinə yox deyək” adlı kiçik səhnəcik də qonaqlarda böyük maraq yaradıb.