Azərbaycanın oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

Azərbaycanın oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C1 qrupunun 6-cı turu çərçivəsində İsveç ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, həmin görüşün biletləri sentyabrın 3-də satışa çıxarılacaq.

Biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.

İsveç - Azərbaycan görüşü noyabrın 19-da "Friends Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.