"Azərbaycan yaxşı komandadır və əla formadadırlar" - MİLEVSKİ

"Azərbaycan yaxşı komandadır və əla formadadırlar" - MİLEVSKİ

Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski Azərbaycanla oyun öncəsi açıqlama verib.

mediasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis yığmamızla matçdan yaxşı nəticə gözlədiyini deyib.

"İndi hamı rəqib haqda mümkün qədər çox məlumat toplamağa çalışır. Biz necəyiksə, rəqib də elədir. Ümid edirəm ki, Azərbaycanla oyunda müsbət nəticə qazanacağıq. Azərbaycan yaxşı komandadır və əla formadadırlar. Heyətdə dəyişikliklər olacaq. Kimin oynayacağını görəcəyik".