"Qarabağ"ın 5 legioneri milli düşərgədə: 1 qələbə, 2 heç-heçə

"Qarabağ"ın 5 legioneri milli düşərgədə:  1 qələbə, 2 heç-heçə

"Qarabağ"ın legioner futbolçuları milli komandalarında növbəti oyunlarını keçiriblər.

Mediasport.az xəbər verir ki, Monteneqro yığmasının futbolçuları - Marko Veşoviç və Marko Yankoviç AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Litvaya qarşı ev matçında meydana çıxıblar.

Meydan sahiblərinin 2:0 hesabı ilə başa çatdığı görüşdə Veşoviç 90, Yankoviç 78 dəqiqə oynayıb.

7 turdan sonra 11 xal toplayan Monteneqro qrupda 3-cü pillədə qərarlaşıb və final mərhəəsi şansını son tura saxlayıb.

Ağdam təmsilçisinin Gürcüstan millisində üzvü  - qapıçı Luka Quqeşaşvili komandasının Şotlandiya ilə ev duelini 90 dəqiqə ehtiyat skamyadan izləyib - 2:2.

Azərbayancan çempionundan Kape Verde millisinə yollanan Leandro Andrade ilə Patrik Andrade isə DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində ilk matçını keçirib.

D qrupunda mübarizəyə başlayan futbolçularımızın komandası evdə Anqola ilə üz-üzə gəlib və qarşılaşma qolsuz başa çatıb. Leandro 46-cı dəqiqədə əvəzlənib, Patrik isə 61-cı dəqiqədə meydana daxil olub.