"Qarabağ"ın 2 rəqibi rəsmiləşdi
“Qarabağ” futbol klubu yay təlim-məşq toplanışını Avstriyada keçirəcək.
MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisi yeni mövsümün hazırlığına iyunun 22-də başlayacaq.
Azərbaycan çempionu Avstriyada üç yoxlama görüşündə gücünü sınayacaq. Qurban Qurbanovun komandası iyunun 27-də “Ferensvaroş” (Macarıstan), iyulun 1-də “Legiya” (Polşa) ilə qarşılaşacaq.
Üçüncü yoxlama görüşü üçün rəqib hələ müəyyənləşdirilməyib.