"Qarabağ"ın Avroliqanın pley-off mərhələsində rəqibi müəyyənləşdi
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.
mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi III raundda Finlandiyanın "Helsinki" klubunu mübarizədən kənarlaşdırsa, Sloveniya çempionu "Olimpiya" ilə qarşılaşacaq.
Lyublyana təmsilçisi Çempionlar Liqasının III III təsnifat mərhələsinin hər iki görüşündə Türkiyə çempionu "Qalatasaray"a məğlub olub - 0:3, 0:1.
Qurban Qurbanovun komandası pley-offa çıxsa, ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, ötən həftə Bakıda "Helsinki"yə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu sabah bu rəqiblər Finlandiyada cavab duelinə çıxacaq.
"Qarabağ" mərhələni keçə bilməsə, Avropa Konfrans Liqasının pley-off raundunda "Flora" (Estoniya) - "Farul" (Rumıniya) cütünün qalibinə rəqib düşəcək. Rumınlar ilk matçı 3:0 hesabı ilə qazanıblar.