İki klubumuzda oynadı, Qriqorçukun komandasına keçdi - FOTO

İki klubumuzda oynadı, Qriqorçukun komandasına keçdi -  FOTO

"Səbail" və "Sabah"da oynamış Kevin Kubembanın yeni klubu müəyyənləşib. MediaSport.az xəbər verir ki, konqolu futbolçu karyerasını Ukraynanın "Çernomores" klubunda davam etdirəcək.

Məlumatı Odessa təmsilçisinin rəsmi saytı paylaşıb. 29 yaşlı hücumçu Premyer Liqa klubuna azad agent kimi transfer edilib. 

Ukrayna təmsilçisini uzun müddət "Qəbələ"nin baş məşqçisi olmuş Roman Qriqorçuk çalışdırır. Kubemba 2018/2019-cu illərdə "Səbail"in, 2019/2021-ci illərdə isə "Sabah"ın heyətində çıxış edib.