Çempionluğa oynayan "İmişli" turnir cədvəlində 2-ciliyə yüksəlib

Çempionluğa oynayan "İmişli" turnir cədvəlində 2-ciliyə yüksəlib

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 14-cü tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Çempionluğa iddialı "İmişli" doğma meydanında növbəti qələbəsini qazanıb, medallara digər iddialı MOİK isə eyni hesablı qələbəni Mingəçevirdə rəsmiləşdirib.

Tura sabah baş tutacaq 3 qarşılaşma ilə yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 14-cü tur"


İmişli" - "Difai Ağsu" 1:0

Qol: Elnur Cəfərov, 79.

"Mingəçevir" - MOİK 0:1

Qol: Ramil Orucov, 1.


14 fevral

15:00 "Şamaxı" - "İrəvan"

15:00 "Araz Saatlı" - "Zaqatala"

15:00 "Qaradağ Lökbatan" - "Karvan"