"Neftçi" uduzdu, "Qarabağ" və "Qəbələ"dən böyükhesablı qələbə

"Neftçi" uduzdu, "Qarabağ" və "Qəbələ"dən böyükhesablı qələbə

Futbol üzrə Əvəzedicilər Liqasında 24-cü turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

"Qarabağ-2" "Sumqayıt"dan olan həmyaşıdlarına şans verməyib.

Əvvəlki görüşlərdə “Qəbələ-2” “Kəpəz-2”ni darmadağın edib (5:0), "Səbail-2" "Sabah-2"dən üstün olub (1:0), "Turan Tovuz-2" isə "Neftçi-2"ni əliboş yola salıb (3:1).

Lider "Neftçi"nin uduzmasından maksimum istifadə edən Qəbələ futbolçuları xal fərqini minimuma endiriblər.

"Ağ-qaralar"ın 58, bölgə təmsilçisinin 57 xalı var.

"Qarabağ-2" 36 xalla 4-cü pillədə qərarlaşıb.

Tura sabah keçiriləcək bir görüşlə yekun vurulacaq.


Əvəzedicilər Liqası. 24-cü tur


“Qarabağ-2” – “Sumqayıt-2” - 4:2

Binə qəsəbə stadionu


28 fevral (çərşənbə)

14:00. “Araz-Naxçıvan-2” – “Zirə-2”

Binə qəsəbə stadionu