"Sumqayıt" qol vura bilmədiyi "Turan Tovuz"la qarşılaşır - PREMYER LİQA

"Sumqayıt" qol vura bilmədiyi "Turan Tovuz"la qarşılaşır - PREMYER LİQA

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

mediasport.az xəbər verir ki, autsayder "Sumqayıt" "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edəcək.

Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Bir dəfə Tovuz klubu qələbə qazanıb, digərində heç-heçə qeydə alınıb. "Gənclik şəhəri" təmsilçisi rəqibinə qol vura bilməyib.

Turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları sabah, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də keçiriləcək.


Premyer Liqa. 20-ci tur

30 yanvar


18:00. "Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Kamal Umudlu

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”.

1 Qarabağ 19 17 2 0 51-10 53
2 Sabah 19 14 4 1 42-13 46
3 Neftçi 19 12 2 5 35-21 38
4 Zirə 19 9 4 6 23-25 31
5 Qəbələ 19 7 5 7 22-20 26
6 Turan Tovuz 19 4 5 10 13-25 17
7 Şamaxı 19 3 7 9 16-29 16
8 Kəpəz 19 2 7 10 18-37 13
9 Sumqayıt 19 2 6 11 11-33 12
10 Səbail 19 2 4 13 14-32 10


Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 15 qol

Musa Qurbanlı ("Qarabağ") - 13 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Coy Lens Mikels ("Sabah") - 10 qol

Aleksey Kaşuk ("Sabah") - 9 qol