VİDEO: Benzia 5 il sonra çağırıldığı Əlcəzair millisində qol vurdu

VİDEO: Benzia 5 il sonra çağırıldığı Əlcəzair millisində qol vurdu

“FIFA series - Edition 2024” layihəsi çərçivəsində Əlcəzair millisi evdə Boliviya ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, 5 il sonra Əlcəzair millisinə dəvət alan "Qarabağ"ın futbolçusu Yassin Benzia 2-ci hissədə meydana daxil olub.

O, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib.

90+4-cü dəqiqədə isə Əlcəzair qələbə qolunu vurub - 3:2.