"Qarabağ"ın "Linkoln"la ÇL görüşlərinin hakimləri müəyyənləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandalarının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
MediaSport.az xəbər verir ki, Cəbəllütariqdə keçiriləcək ilk oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Vitaliys Spasyonnikovsa yan xətt hakimi kimi Raymonds Tatriks və Arturs Sakurovs kömək edəcək. 4-cü hakim funksiyasını Aleksandrs Anufriyevs yerinə yetirəcək.
İyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Bir həftə sonra Bakıda baş tutacaq cavab duelində isə hakimlər briqadası Albaniyadan olacaqlar. Eldorjan Hamiti baş hakim, Ridiger Çokay və Ani Koçiay yan xətt hakmləri, Çyapi Kreşnik isə 4-cü hakim kimi görəv alacaqlar.
"Qarabağ" - "Linkoln" görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq və qarşılaşma saat 20:00-da start götürəcək.