Yığmamızın hücumçusu Türkiyə klubunda ilk məşqinə çıxıb
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Hatayspor"un heyətində ilk məşqinə çıxıb.
Mediasport.az xəbər verir ki, o, "Fatih Karagümrük"lə matçın hazırlıqlarına qoşulub.
Renat bununla bağlı instaqram hesabında bunları yazıb:
"İlk iş günümdə burada olduğum üçün şadam".
Renat "Qrasshopper"ə məxsus olsa da, bir mövsümlük "Hatayspor"a icarəyə verilib.