Azərbaycan Kubokunda yarımfinal: “Qarabağ”ın “Neftçi” ilə cavab görüşünün vaxtı müəyyənləşib

Azərbaycan Kubokunda yarımfinal: “Qarabağ”ın “Neftçi” ilə cavab görüşünün vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi açıqlanıb.

Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, qarşılaşmalar aprelin 24-də keçiriləcək.


Azərbaycan Kuboku. Yarımfinal. Cavab görüşləri


24 aprel


17:00. “Qəbələ” - “Zirə”

Qəbələ şəhər stadionu


20:00. “Qarabağ” - “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu