ŞOK! Mikels Maqsud Adıgözəlovun qarşısına şərt qoydu: "Buraxmasanız, "Partizan"a qarşı oynamayacam"
"Sabah" cəbhəsində hadisələr mənfi trayektoriya üzrə cərəyan edir.
mediasport.az saytına Masazır klubundan daxil olan məlumata görə, Səudiyyə Ərəbistanından ciddi təklif alan komandanın əsas hücumçusu Coy-Lens Mikels "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının oyunundan öncə klub prezidenti Maqsud Adıgözəlovla görüşüb.
Rəhbərlik almaniyalı forvardı komandada saxlamaq istədiklərini bildirsə də, Mikels konkret fikrini bildirib: "Əgər məni buraxmasanız, "Partizan"la görüşlərdə oynamayacam, komandaya kömək etməyəcəm".
Bundan sonra əlacsız qalan Adıgözəlov hücumçuya maneə yaratmayacaqlarını bildirib. Lakin bir şərtlə: "Partizan"la oyunlarda komandaa kömək el, get".
Qeyd edək ki, "Sabah"da illik 300 min dollara oynayan Mikelsə Ərəbistan yarımadasından 700 min dollarlıq təklif gəlib.