"Qarabağ"ın rəqibi Bakıya itki ilə gəlir - Vinger üçün mövsüm bitdi
Oktyabrın 3-də UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq İsveçin "Malmö" klubu ölkəmizə itki ilə gələcək.
Mediasport.az xəbər verir ki, skandinaviyalılar aparıcı futbolçusu Sead Hakşabanoviçin xidmətindən istifadə edə bilməyəcəklər.
Müqavilə ilə İngiltərənin "Stok Siti" klubuna məxsus vinger ciddi zədəyə görə mövsümü erkən başa vurub.
25 yaşlı monteneqrolu qasıq nahiyəsindən əməliyyat olunacaq.
Xatırladaq ki, "Qarabağ" - "Malmö" matçı saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.