"Qarabağ"ın rəqibi İraqa uduzdu

"Qarabağ"ın rəqibi İraqa uduzdu

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Linkoln” klubu yoldaşlıq oyunu keçirib.

MediaSport.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi İraq millisi ilə qüvvəsini sınayıb.

İspaniyada keçirilmiş matç İraq futbolçularının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun "Linkoln"la oyunları iyulun 11-12-də, cavab görüşü isə bir həftə sonra keçiriləcək.