"Qarabağ"ın rəqibi ölkə kubokunda mübarizəni dayandırıb - VİDEO
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya Kubokunda mübarizəni dayandırıb.
Mediasport.az xəbər verir ki, Artur Jorgenin çalışdırdığı komanda 1/8 finalda Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçünün də formasını geyindiyi "Benfika"ya uduzub - 2:3.
Matç "köhlən atlar"ın rəqibinin veteran futbolçusu Joao Moutinyo üçün əlamətdar olub. O, peşəkar karyerasında 1000-ci rəsmi oyununa çıxıb.
Xatırladaq ki, Ağdam təmsilçisinin "Braqa" ilə ilk görüşü fevralın 15-i səfərdə, cavab qarşılaşması 22-də Bakıda baş tutacaq.