"Sabah"ın futbolçusu "Şamaxı"da!

 "Sabah"ın futbolçusu "Şamaxı"da!

"Sabah"ın futbolçusu Rauf Rüstəmli karyerasını "Şamaxı"da davam etdirəcək.

Mediasport.az saytına verilən məlumata görə, 1 illik fasilədən sonra Premyer Liqaya qayıdan bölgə klubu 20 yaşlı yarımmüdafiəçini transfer edib.

Geridə qalan mövsüm Masazır klubunun əsas heyətində 2 Premyer Liqa matçında meydana çıxmış Rüstəmli "Qəbələ"nin yetirməsidir.