Qazaxıstan klubu yığmamızın futbolçusuna təzminat ödəyəcək
FİFA-nın Mübahisələrin Həlli Palatası Azərbaycan yığması və “Neftçi”nin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubuna qarşı işi üzrə yekun qərarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, E.Balayevin iddia tələbi, demək olar, bütünlüklə qəbul edilib: “FİFA-nın qərarına əsasən, “Turan” klubu tərəfindən yığmamızın üzvünə kompensasiya ödənilməlidir”.
Qeyd edək ki, Balayev Qazaxıstan klubunda 2022-ci ildə çıxış edib.