AFFA-nın D kateqoriyalı məşqçi kursuna yekun vurulub
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kursuna yekun vurulub.
Mediasport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan kurs 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar verilib. Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə birlikdə təqdim ediblər.