Milli komandamız seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Milli komandamız seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-21 yığması bu gün AÇ-2025-in seçmə mərhələsinin F qrupunda ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya ilə üz-üzə gəlib.

İlk dueldə məğlub olan millimiz seçmə mərhələyə məğlubiyyətlə start verib. Komandamızın növbəti matçı oktyabrın 12-də Bakıda Şimali İrlandiya seçməsinə qarşı olacaq.

Qeyd edək ki, 6 komandalıq qrupda digər rəqiblərimiz İngiltərə, Ukrayna və Lüksemburq yığmlarıdır.


U-21 AÇ-2025. Seçmə qrup mərhələsi. 1-ci tur

Serbiya U-21 – Azərbaycan U-21 2:0

Qollar: Mihaylo İliç, 19, 26.

Qırmızı vərəqə: Süleyman Damadayev, 89.

Baş hakim: Erkan Özdemirdir (Türkiyə)

Stara Pazova, FSS İdman Mərkəzinin stadionu.