"Zirə" yenə uduzdu, "Neftçi" Sumqayıtda xal itirdi - PREMYER LİQA

"Zirə" yenə uduzdu, "Neftçi" Sumqayıtda xal itirdi - PREMYER LİQA

Premyer Liqada bu gün 13-cü turun daha iki oyunu baş tutub.

mediasport.az xəbər verir ki, ilk matç Qəbələdə oynanılıb və 4 turdur qələbə qazana bilməyən meydan sahibləri tilsimi qırıb. "Zirə" ardıcıl ikinci görüşdə meydanı məğlub tərk edib.

Günün Sumqayıtda keçirilən "Sumqayıt" - "Neftçi" qarşılaşması, gözlənildiyi kimi, dramatik və gərgin alınıb. Samir Abasovun keçmiş komandasına qarşı xüsusi hazırlaşacağını əvvəldən proqnozlaşdırmaq çətin deyildi. Ev sahiblərinin hesabda 2 dəfə irəli keçməsi və yekunda qeydə alınan 2:2-lik nəticə məhz bundan xəbər verir.

Turun açılış qarşılaşmasında Tovuz səfərində "Turan Tovuz"u gözlənilməz şəkildə məğlub edən (3:1) "Şamaxı" mövsümdə ilk qələbəsini rəsmiləşdirib. Qalan iki duel sabah oynanılacaq. 

Premyer Liqa. 13-cü tur

5 noyabr (şənbə)

“Qəbələ” – “Zirə” 1:0

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

Qəbələ şəhər stadionu


“Sumqayıt” – “Neftçi” 2:2

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli

Hakim-inspektor: Babək Quliyev

“Kapital Bank Arena”


6 noyabr (bazar)

15:00. “Səbail” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov

Hakim-inspektor: Orxan Məmmədov

“ASCO Arena”


19:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

Tofiq Bəhramov adına Respublika Stadionu


4 noyabr (cümə)

15:00. “Turan Tovuz” – “Şamaxı” 1:3

Qollar: Runi Eva, 33, pen., - Kamran Quliyev, 17, Rauf Hüseynli, 42, Fuad Bayramov, 51
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

Tovuz şəhər stadionu