Emreli 72 dəqiqə meydanda qaldı, komandası əzmkar qələbə qazandı
Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" "Pröyssen Mönster"i məğlub edib.
Miroslav Klozenin komandası 3:2 hesablı qələbə qazanıb. Emreli matça start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
Xallarını 10-a yüksəldən "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.