Azərbaycanlı hakimlər qəzaya düşdü, 1 nəfər hadisə yerində öldü

Azərbaycanlı hakimlər qəzaya düşdü, 1 nəfər hadisə yerində öldü

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

mediasport.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib, beş nəfər xəsarət alıb.

Digər avtomobildə isə I Divizionun XIV tur matçı "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununu idarə etmək üçün Mingəçevirə gedən hakimlər - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov olublar. Onların arasında həyati təhlükəsi olan yoxdur.

Futbolpress.az saytına açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla açıqlamasında məsələ ilə bağlı bunları deyib:

"Qəzaya düşənlər hakimlər olub. Federasiya, təbii ki, bu məsələ ilə maraqlanır. AFFA-nın baş katibi Sərxan Hacıyev də məsələni diqqətdə saxlayır. Məlumata görə, həyati təhlükəsi olan yoxdur. Müvafiq tibbi yardım göstərilib və göstərilir. Bir nəfərə tibbi yardım göstərilib, xəstəxanada qalmasına ehtiyac olmayıb. Amma Ceyhun Haşımov Bakıya gələcək və həkim nəzarətində olacaq".

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev də məsələni diqqətdə saxladıqlarını bildirib.