"Qəbələ"dən nəcib addım
"Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə Uşaq Reabilitasiya Mərkəzində görüş keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə klubun futbolda sosial məsuliyyət üzrə meneceri Asəf Zeynallı və komandanın üzvləri iştirak ediblər.
Görüşün təşkil edilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq olub.
Tədbir çərçivəsində uşaqlar futbolçularla xatirə şəkilləri çəkdiriblər və topla istedadlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Qəbələ Uşaq Reabilitasiya Mərkəzində bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.