"Qəbələ"nin bu futbolçularının vəziyyəti sabah aydınlaşacaq

"Qəbələ"nin bu futbolçularının vəziyyəti sabah aydınlaşacaq

"Qəbələ"nin üç futbolçusu komandanın hazırlıq prosesində iştirak etmir.

mediasport.az xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.

Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir. Urfan Abbasov bərpa prosesini başa vuraraq komandanın topsuz çalışmalarında iştirak etsə də, toplu məşqlərə qatılmır. 

Premyer Liqanın XII turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən futbolçular - Rövlan Muradov, Felipe Santos və Rafael Utziqin durumlarına sabah keçiriləcək müayinələrdən sonra aydınlıq gələcək.