1-ci Liqada çempionluq yarışı: "Şamaxı" səfərdə MOİK-ə qarşı

1-ci Liqada çempionluq yarışı: "Şamaxı" səfərdə MOİK-ə qarşı

Azərbaycan 1-ci Liqasında 20-ci turun sonuncu oyun günündə 2 matç keçiriləcək.

Mediasport.az xəbər verir ki, öncə "Zaqatala" evdə "Karvan"ı qəbul edəcək.

Daha sonra çempionluğa iddialı MOİK və "Şamaxı" arasında görüş baş tutacaq.

Turun buna qədər keçirilən oyunlarında "Araz Saatlı" "İrəvan"ı (4:1), "Qaradağ Lökbatan" "Difai Ağsu"nu (2:1), "İmişli" "Mingəçevir"i (1:0) məğlub edib.

Azərbaycan 1-ci Liqası. 20-ci tur

5 aprel

"Zaqatala" - "Karvan"

Baş hakim: Vüqar Həsənli.

Zaqatala OİK stadionu, 14:00.

MOİK - "Şamaxı"

Baş hakim: Rəşad Əhmədov. 

Binə qəsəbə stadionu, 15:00.