"Hekken"in baş məşqçisi hakimdən gileylənib: "İki penalti verilməli idi"
"Birinci hissədə oyunumuz yaxşı alındı. lakin fasilədən sonra işlərimiz qaydasında getmədi".
Mediasport.az xəbər verir ki, bu sözləri “Hekken” klubunun baş məşqçisi Per-Matias Höqmo deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun "Qarabağ"la oyunu haqda danışıb. Norveçli çalışdırıcı 0:1 hesablı məğlubiyyəti şərh edib:
“Qarabağ”ın futbolçularının təcrübəsi öz sözünü dedi. Kevin Medina və Mateus Silvanı qeyd etmək istəyirəm, onlar bizə qol vurmağa imkan vermədilər. Halbuki şanslarımız var idi. Belə oyunlarda ələ düşən fürsətləri qaçırmaq olmaz. Azərbaycan komandası yaxşı müdafiə oluna bilirdi. Hakimlərə gəlincə, məni iki şey təəccübləndirdi. Matçın ilk dəqiqələrində iki penalti təyin olunmalı idi. Marko Yankoviçə isə dirsək zərbəsinə görə qırmızı vərəqə göstərilməli idi. Heç biri olmadı. İkinci hissədə çoxlu fasilələr yaranmışdı, hakim isə matça cəmi üç dəqiqə əlavə etdi".
Qeyd edək ki Ağdam klubunun heyətində qələbə topunu 70-ci dəqiqədə Olavio Juninyo vurub.