Qəhrəman şəhidlərimizin yadigarları "Qarabağ"ın oyununda - FOTOLAR

Qəhrəman şəhidlərimizin yadigarları "Qarabağ"ın oyununda - FOTOLAR

Ötən gün keçirilən "Qarabağ" - "Olimpiakos" oyununu Şəmkirdən olan şəhid övladlarının izlədiyini xəbər vermişdik. Qəhrəmanlarımızın balalarının görüşü stadiondan canlı izləməsini rayon icra hakimiyyəti təşkil etmişdi.

mediasport.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Sosial Xidmətlər Agentliyi isə başqa bir qrup şəhid övladının oyunu canlı izləməsi üçün tədbir görüb.

30-a yaxın şəhid övladı stadiona gələrək Ağdam klubuna dəstəklərini ifadə ediblər.