Roman Qriqorçuk rəhbərlikdən "Trabzonspor"lu futbolçunu istədi
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” transfer çalışmalarını davam etdirir.
Mediasport.az saytı xəbər verir ki, almaniyalı müdafiəçi Robert Bauerlə anlaşan "ağ-qaralar" Türkiyənin “Trabzonspor” komandasının üzvü Murat Cem Akpınarı heyətinə qatmaq istəyir.
Baş məşqçi Roman Qriqorçuk rəhbərlikdən 2015-ci ildə Azərbaycanın U-17 millisində 13 oyun keçirmiş yarımmüdafiəçinin transferini istəyib.
Ötən mövsümü icarə əsasında "Girəsunspor"da keçirmiş 25 yaşlı futbolçunun xidmətində "Antalyaspor”, “Sakaryaspor”, “Bandırmaspor” ve “Kocaelispor” klubları da maraqlıdır.