Qurban Qurbanov 13-cü dəfə ilin ən yaxşı baş məşqçisi seçilib
Azərbaycanda 2023-cü ilin ən yaxşı məşqçisinin mükafatlandırılması mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda bu ada növbəti dəfə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov layiq görülüb.
Tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər. “Qarabağ”ın çalışdırıcısı 66 jurnalist arasında təşkil edilmiş səsvermədə 56 səs toplayıb.
Qeyd edək ki, 51 yaşlı məşqçi 2009-cu ildən bu yana keçirilən sorğuda ardıcıl 13-cü dəfə qalib adını qazanıb.