Qurban Qurbanov jurnalistlərin qarşısına Zubirlə çıxacaq

 Qurban Qurbanov jurnalistlərin qarşısına Zubirlə çıxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi saat 18:00-da İsveçə yollanacaq.

“Qarabağ” İsveçdə “Scandic Opallen Hotel”ində məskunlaşacaq.

Baş məşqçi Qurban Qurbanov və Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlanacaq.

Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda baş tutacaq.

Qeyd edək ki, oktyabrın 5-i oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.