Qurbanov "Neftçi"də olacaq - Rəhbərliyin tövsiyəsinə əsasən

Qurbanov "Neftçi"də olacaq - Rəhbərliyin tövsiyəsinə əsasən

"Neftçi"nin yeni baş məşqçisi Miodraq Bojoviçin korpusunda yer alacaq mütəxəssislərdən birinin adı dəqiqləşib.

Mediasport.az saytına verilən məlumata görə, monteneqrolu mütəxəssis Adrian Mutunun birlikdə çalışdığı Sənan Qurbanovu komandada saxlayacaq.

Klub rəhbərliyi Bojoviçə Qurbanovu korpusda saxlamağı tövsiyə edib, 55 yaşlı baş məşqçi təkliflə razılaşıb.

Bojoviçin digər köməkçilərinin kim olacağına gəlincə, bu, yaxın günlərdə müəyyənləşəcək. Yeni çalışdırıcı artıq rəhbərliyə təqdimat verib.

Təbii ki, məşqçilər korpusunda yer alacaq digər mütəxəssislər əcnəbilər olacaqlar.

Qeyd edək ki, "ağ-qara" klub yeni baş məşqçilə 6 ay+1il şərti üzrə müqavilə bağlayıb.