Qurbanovla Berdıyev irəlilədi, Santuş mövqeyində qaldı

Qurbanovla Berdıyev irəlilədi, Santuş mövqeyində qaldı

Dünyanın ən güclü futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, planetin 500 ən yaxşı mütəxəssisinin olduğu siyahıda yeganə azərbaycanlı yenə də Qurban Qurbanovdur.

“Qarabağ”ın baş məşqçisi 1646 xalla 158-ci pillədə qərarlaşıb. O, ötən cədvəllə müqayisədə 2 addım irəliləyib.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev də yüksəlişə nail olub. Türkmənistanlı mütəxəssis 1796 xalla 56-cı sıradan 54-ə çıxıb.

Azərbaycan yığmasının baş məşqçisi Fernando Santuş isə mövqeyini qoruyub. Portuqaliyalı Avropa çempionu 1624 xalla 184-cü yerdə qalıb.

Reytinqə 2153 xalla “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir.