Rahid tarixə düşdü

Rahid tarixə düşdü

Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.

mediasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 16-cı turuna təsadüf edib.

“Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları qarşılaşma onun üçün 100-cü matç olub. Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.

Oyunçunun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Yarımmüdafiəçi 2018-ci il avqustun 12-dəki görüşdə (0:3) meydana çıxıb. Rahid Əmirquliyev “Səbail”in heyətində Premyer Liqada 100 oyuna çıxan ilk futbolçudur.