VİDEO: Rahil Məmmədovun Polşa liqasında debütü uğursuz alınıb

VİDEO: Rahil Məmmədovun Polşa liqasında debütü uğursuz alınıb

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Polşa çempionatında debüt edib.

Mediasport.az xəbər verir ki, müdafiəçinin formasını geyindiyi LKS 19-cu tur çərçivəsində “Korona”nın qonağı olub.

Ekstraklassanın autsayderi Məmmədovun 90 dəqiqə meydanda olduğu qarşılaşmadan məğlub ayrılıb - 1:2.

Lodz təmsilçisi 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.