Azərbaycan millisinin futbolçusu Polşa klubu ilə müqavilə bağladı

 Azərbaycan millisinin futbolçusu Polşa klubu ilə müqavilə bağladı

Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədovun karyerasını yenidən Polşa çempionatında davam etdirək.

Mediasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Yüksək Liqa (Ekstraklasa) təmsilçisi "Radomiak" klubu ilə müqavilə bağlayıb.

Radom kollektivi ilə anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, yığmamızın üzvünün ötən mövsümün ikinci yarısında forma geyindiyi Lodz klubu LKS liqanı tərk edib.