"Şamaxı" daha 3 məşqçini göndərdi

"Şamaxı" daha 3 məşqçini göndərdi

“Şamaxı” növbəti mövsümün hazırlıqlarına davam edir.

Mediasport.az xəbər verir ki, baş məşqçi Ramiz Məmmədovun ardından məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə də yollar ayrılıb.

Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti uzadılmayıb.

Xatırladaq ki, bölgə klubunu Premyer Liqaya çıxaran Ramiz Məmmədov yenidən İdarə Heyətində yer alacaq.

O, sədr müavini vəzifəsini icra edəcək.