Milli komandamız AÇ oyunlarını "Azərsun Arena"da keçirəcək

Milli komandamız AÇ oyunlarını "Azərsun Arena"da keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunlarının stadionu dəyişdirilib.

Mediasport.az AFFA-ya istinadən xəbər verir ki, U-21-in oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla ev matçı öncədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da baş tutmayacaq.

Qərara əsasən, Samir Əliyevin kollektivi rəqiblərini “Azərsun Arena”da qəbul edəcək.

Hər iki görüş saat 18:00-da başlanacaq.