Rauf Əliyev "Kəpəz"ə mövsümdə ilk qələbəni qazandırdı - VİDEO

Rauf Əliyev "Kəpəz"ə mövsümdə ilk qələbəni qazandırdı - VİDEO

I Divizionda VI turun oyunlarına yekun vurulub.

MediaSport.az xəbər verir ki, "Kəpəz-2" doğma meydanda "Mingəçevir"lə görüşüb. Oyun Gəncə təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu ilk hissənin sonunda əsas komandanın yeni baş məşqçisi Tərlan Əhmədovla yola getməyən təcrübəli hücumçu Rauf Əliyev vurub.

Mövsümdə ilk qələbəsini qazanan "Kəpəz-2" 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.