"Real" "El Klasiko"da "come back" edərək qələbə qazanıb - VİDEO

"Real" "El Klasiko"da "come back" edərək qələbə qazanıb - VİDEO

İspaniyada mövsümün ilk "El Klasiko"su baş tutub.

Mediasport.az xəbər verir ki, La Liqanın 11-ci turuna təsadüf edən əzəli qarşıdurma "Nou Kamp"da keçirilib.

Madrid təmsilçisi ilk hissəni məğlub başa vursa da, fasilədən sonra "come back" edərək tarixi rəqibi üzərində növbəti qələbəsini qazanıb - 2:1.

"Kral klubu"na səfərdə 3 xalı Cud Bellingem gətirib. "Qalaktikos"un ingilis futbolçusu 68-ci dəqiqədə möhtəşəm zərbə ilə hesabı bərabərləşdirib, 90+2-də isə qələbə topunu vurub.