"Real" və "Mançester Siti" 1/8 finala qələbələrlə başlayıblar - VİDEO

"Real" və "Mançester Siti" 1/8 finala qələbələrlə başlayıblar - VİDEO

Futbol üzrə UEFA çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, ilk matç günündə iddialıların hər ikisi qələbə qazanıblar.

Bu komandalar arasında cavab qarşılaşmaları martın 6-da keçiriləcək.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar


"Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) 1:3

Qollar: Mattsson, 34 - De Brüyne, 10. Bernardo Silva, 45+1. Fil Foden, 90+2.

Baş hakim: Xose Maria Martines (İspaniya)

Kopenhagen, “Parken” stadionu.



"Leypsiq" (Almaniya) - "Real" (İspaniya) 0:1

Qol: Brahim Dias, 48.

Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)

Leypsiq, “RB Arena”.