Rəşad Sadıqov bu məşqçini özünə köməkçi götürdü - RƏSMİ
"Zirə"də yeni təyinat olub.
mediasport.az xəbər verir ki, məşqçi Vüqar Məmmədlə müqavilə imzalanıb.
Mütəxəssis baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri olacaq. Onun sözləşməsi 1,5 illikdir.
Vüqar Məmməd 2019/2020 mövsümündə də "Zirə"nin əsas komandasında məşqçi kimi çalışıb.