"Neftçi"nin Rusiyadakı oyunları canlı yayımlanacaq

"Neftçi"nin Rusiyadakı oyunları canlı yayımlanacaq

İyulun 1-dən 15-dək Rusiyada keçiriləcək və "Neftçi"nin də iştirak edəcəyi “Matç TV” kuboku canlı yayımlanacaq.

mediasport.az xəbər verir ki, oyunlar “Matç TV” və “Matç Premyer” kanallarında təqdim ediləcək.

Turnirin iştirakçıları bu klublar olacaq: “Fənərbağça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya).

Qarşılaşmalar Sankt-Peterburqda – “Qazprom Arena” və “Smena” stadionlarında oynanılacaq.


Turnirin təqvimi (Bakı vaxtı ilə)

1 iyul. 20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)

4 iyul. 20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)

8 iyul. 20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)

9 iyul 20:30. “Zenit” – “Fənərbağça” (“Qazprom Arena”)

12 iyul. 20:30. “Fənərbağça” – “Srvena Zvezda” (“Smena”)

15 iyul. 15:00. “Neftçi” – “Fənərbağça” (“Smena”)