Rəşad Sadıqov ötən yay transfer etdiyi futbolçunu göndərdi - RƏSMİ

Rəşad Sadıqov ötən yay transfer etdiyi futbolçunu göndərdi - RƏSMİ

“Zirə” futbolçusu Toni Qomeslə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Qvineya-Bissau yığmasının yarımmüdafiəçisi karyerasını İsraildə davam etdirəcək. Belə ki, 25 yaşlı cinah oyunçusu “Hapoel” (Hadera) klubuna transfer olunub.

Ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/2023-cü illər mövsümündə Premyer Liqada 24 oyuna 3 qol vurub.