"Rəşad Sadıqovun komandasından qələbə və gözəl oyun gözləyirəm"

"Rəşad Sadıqovun komandasından qələbə və gözəl oyun gözləyirəm"

"Zirə" üçün liqa mərhələsinə vəsiqə qazanmaq çətin görünür. Bu barədə danışmaq yersizdir".

Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol eksperti Bəxtiyar Musayev deyib.

Veteran funksioner "qartallar"ın Kiprdə keçirdiyi ilk matçını xatırlayıb:

"Təəssüflər olsun ki, "Zirə" "Omoniya"ya böyükhesabla məğlub oldu (0:6). İkinci oyunun formal xarakter daşıyacağı görünür. Bu mərhələyə gəldikləri və azarkeşləri sevindirdikləri üçün onlara təşəkkür düşür".

Keçmiş futbolçu Nikosiya təmsilçisinin birinci oyunda qol epizodlarını düzgün dəyərləndirdiklərini bildirib:

"Lakin orada "Zirə"nin oyunu da alınmadı. Ümid edirəm ki, təmsilçimiz doğma azarkeşlər önündə qalib gələrək ölkəmizin reytinqə xal qazandıra biləcək. Rəşad Sadıqovun komandasından qələbə və gözəl oyun gözləyirəm".

Xatırladaq ki, "Zirə" - "Omoniya" matçı sabah "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Rövşən ƏLİSOY