Reytinq: "Qarabağ" yerini qoruyub, "Neftçi" irəliləyib, "Sabah" geriləyib

Reytinq: "Qarabağ" yerini qoruyub, "Neftçi" irəliləyib, "Sabah" geriləyib

Futbol klublarının aprel ayı üçün dünya üzrə reytinq cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, 415 kollektivin yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur.

Aktivində 293 xal olan Qurban Qurbanovun komandası 65-ci pillədə yerini qoruyub.

"Neftçi" 3 pillə irəliləyib və 27 xalla 237-ci olub. "Sabah" 5 pillə geriləyərək 20 xalla 265-ci sıraya düşüb, 5 xalı olan "Qəbələ" isə 6 pillə yüksələrək 361-ci sıraya qalxıb.

Siyahıya 2450 xala sahib Madrid "Real"ı başçılıq edir.